Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Nas Exchange valyuta bazarına daxil olmaqdan imtina edib - FinFly

Azərbaycanda 2024-cü ilin yanvar ayında yaradılmış "Nas Exchange" MMC valyuta bazarına daxil olmaqdan imtina edib.

FinFly bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkət nizamnamə kapitalını 550 min manat və ya 12 dəfə azaldaraq 600 min manat manatdan 50 min manata endirdiyini elan edib. Baxmayaraq ki, əvvəlki kapital "Nas Exchange"ə Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, Bakıda 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi.

Hazırda Azərbaycanda 7 hüquqi şəxs - "Eliko", "Delta Capital", "Zuhur", "Bakı Mərkəzi Valyuta", "Meta-Kapital", "Money Shop" və “MMK-014” MMC-lər sözügedən lisenziyaya malikdir.