2025-ci ilin 2 ayında Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının həcmi açıqlanıb.
Naxçıvan Dövlət Energetika Xidmətindən FinFly-ə verilən məlumata görə, 2025-ci ilin yanvar ayında su elektrik stansiyalarında (SES) 6 milyon 310 min 497 kilovat-saat elektrik enerjisi istehsal edilib.
"Günəş elektrik stansiyalarında (GES) hasilat 3 milyon 186 min 783 kilovat-saat təşkil edib. Fevralda istehsal göstəriciləri su elektrik stansiyalarında 5 milyon 861 min 628 kilovat-saat, İES-də isə 4 milyon 306 min 938 kilovat-saat olub", - məlumatda deyilir.
2024-cü ilin müəyyən edilmiş dövründə 235 milyon 909 min 206 kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da stansiyalar vasitəsilə sistemə ötürülən ümumi enerjinin 48,7 faizini təşkil edir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
