18 Snt, 2025 11:26
Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhlizin açılması Azərbaycanın suverenliyinin beynəlxalq miqyasda tanınması kimi qiymətləndirilməlidir.
FinFly xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Komitə sədri xatırladıb ki, Ağ Evdə Donald Trampla aparılan danışıqlarda Azərbaycan və ABŞ arasında bir sıra razılaşmalar əldə edildi.
Qurbanov Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərindən də bəhs edib: "Aparılan işlər Qarabağın regional inkişafını bərpa edir".
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
