
05 Iyn, 2025 17:41
İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq məqsədilə indiyədək 3 mindən çox müraciət daxil olub, onlardan 507-si xarici şirkətlərə aiddir.
FinFly xəbər verir ki, bunu kiçik və orta biznesin inkişafı agentliyinin (KOBİA) sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, xarici müraciətlər arasında 10-dan çoxu Çin bizneslərinə məxsusdur.
"Azad edilmiş ərazilərdə biznes fəaliyyətində əsas prioritet sahələrə tikinti, turizm, mədənçıxarma, neft-kimya sənayesi, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika, ticarət, telekommunikasiya, kənd təsərrüfatı və istehsal, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri daxildir", - KOBİA-nın sədri bildirib.
Son xəbərlər
-
29 Iyl, 2025
İsrailin yeni səfiri bu gün Bakıya gələcək...
-
29 Iyl, 2025
Sabah 41 dərəcə isti olacaq...