23 Iyl, 2025 14:00
Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4,427 milyard manat vəsait daxil olub.
FinFly Fonddan əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 682 milyon manat və ya 13,3% azdır. Belə ki, ötən ilin birinci yarısında ARDNF-yə AÇG yatağından 3,005 milyard ABŞ dolları (5,109 milyard manat) vəsait daxil olmuşdu.
Qeyd edək ki, AÇG-də iştirak payları belədir: bp (30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), EksonMobil (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,92 faiz).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
