Niderlandın ən böyük bank holdinqlərindən biri olan **ING Group**-un qiymətləndirməsinə görə, neft qiymətlərinin hər barrel üzrə 10 ABŞ dolları davamlı artımı Azərbaycanın illik ixrac gəlirlərini təxminən 3 milyard dollar, enerji sektorundan büdcə daxilolmalarını isə təxminən 1,5 milyard dollar artırır. Bu isə müvafiq olaraq ÜDM-in 4 faizi və 2 faizinə bərabərdir.
FinFly xəbər verir ki, bu barədə *ING bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Dmitri Dolqin* Report-a açıqlamasında bildirib.
İqtisadçının sözlərinə görə, belə dinamika faktiki olaraq 2026-cı ildə Azərbaycanın xarici ticarət balansında kəsir riskini aradan qaldırır və milli valyuta — manatın məzənnə sabitliyini gücləndirir.
“Qısamüddətli perspektivdə iqtisadi artım tempinə təsirin böyük olacağı ehtimal edilmir. Bu, karbohidrogen ixracının fiziki həcmlərini artırmaq imkanlarının məhdud olması ilə bağlıdır. Bununla yanaşı, idxal olunan inflyasiyanın güclənəcəyini proqnozlaşdırırıq, çünki Azərbaycanın idxalının təxminən 45%-i inkişaf etmiş ölkələrin və hazırkı münaqişə zonasına birbaşa yaxın dövlətlərin payına düşür və onların hamısı enerji resurslarının bahalaşmasından zərər görəcək”, — deyə Dolqin vurğulayıb.
Son xəbərlər
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
