“NOCOMMENT.az” informasiya portalı yeni layihəsini təqdim etməyə hazırlaşır.
Tezliklə süni intellekt xəbər aparıcısı Nuray Azərbaycanda və dünyada baş verən hadisələr əsasında hazırlanan və daima yenilənən xəbər buraxılışları ilə izləyicilərinin görüşünə gələcək.
Media resursundan verilən xəbərə görə, artıq layihə üzrə işlər başa çatıb və Nurayın təqdimatında ilk xəbər buraxılışı 05.12.2025 tarixində olacaq.
Qeyd edək ki, öz fəaliyyətini müasir media modelləri üzərində qurmağa, operativ, etibarlı və obyektiv xəbərlərlə izləyicilərinin rəğbətini qazanmağa çalışan “NOCOMMENT.az” qısa vaxtda öz məqsədinə nail olub.
Süni intellekt xəbər aparıcısı ilə bağlı tətbiqinə başlanan layihə də çoxsaylı izləyicilərin zövqünü oxşamaq, onların informasiyaya daha çox əlçatanlılığını təmin etmək məqsədi daşıyır.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
