Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Növbəti TDT-yə üzv ölkələrin mərkəzi banklarının növbəti toplantısı Bakıda keçiriləcək - FinFly

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısının Bakı şəhərində keçiriləcək.

FinFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının birinci toplantısında iştirak edib. Toplantı Qazaxıstan Milli Bankının sədri Timur Süleymenovun və Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin salamlama nitqi ilə başlayıb.

Sədr Taleh Kazımov çıxışı zamanı Azərbaycanda mövcud iqtisadi inkişaf trendləri barədə məlumat verib və pul siyasətinin ötürücülüyünün artırılması istiqamətində AMB tərəfindən həyata keçirilən təşəbbüslərdən danışıb. O, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal valyutanın inkişafı istiqamətində AMB tərəfindən atılan mühüm addımları diqqətə çatdırıb.

AMB sədri Türk Dövlətləri Təşkilatının regional və qlobal əhəmiyyətli platforma kimi ölkələr və mərkəzi banklar arasında səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyinə dair əminliyini ifadə edib.

Sədr çıxışının sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının növbəti toplantısının Bakı şəhərində keçiriləcəyi barədə məlumat verib.

Toplantıda Qırğız Respublikasının Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Szöksün də çıxışları baş tutub.

Toplantı çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının sədrlərini qəbul edib.