Oxford Global Cities Index 2025-ə görə, dünyanın 1 000 ən böyük şəhərləri arasında Bakı hansı yerdədir?
FinFly-in məlumatına görə, şəhərlər beş kateqoriya üzrə qiymətləndirilib: iqtisadiyyat, insan kapitalı, həyat keyfiyyəti, ekologiya və idarəetmə.
Məlumata görə, Azərbaycanın paytaxtı reytinqində 346-cı yer alıb. Ötən illə müqayisədə Bakı öz mövqeyini 58 pillə yaxşılaşdırıb. Oxford Global Cities Index 2024-də Bakı 404-cü yerdə qərarlaşıb.
Beləliklə, Bakı reytinqdə Daşkəndi (471-ci yer), İrəvanı (483-cü yer), Düşənbəni (683-cü yer) və digər şəhərləri geridə qoyub.
İlk 10-luğa Nyu York, London, Paris, San-Xose, Sietl, Melburn, Sidney, Boston, Tokio və San-Fransisko daxildir. Bütün üstünlüklərə və texnoloji irəliləyişlərə baxmayaraq, bu şəhərlər gəlir bərabərsizliyi və yüksək mənzil xərcləri kimi problemlərlə üzləşirlər.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
