
13 Mar, 2025 15:41
OPEC məlumatlarına görə, 2025-ci ilin fevral ayında xam neftin hasilatı Azərbaycanda bir gündə təxminən 476 min barel olub.
FinFly-in məlumatına görə, bu göstərici yanvar ayı ilə müqayisədə gündəlik 9 min barel çoxdur. 2024-cü ilin dekabr ayı ilə müqayisədə sutkada 10 min barel azalma qeydə alınıb.
Rüblük ifadədə Azərbaycanda 2024-cü ilin birinci rübündə orta gündəlik neft hasilatı 477 min barel, ikinci rübdə 478 min barelə, üçüncü rübdə 483 min barelə, dördüncü rübdə isə 487 min barelə yüksəlib.
Azərbaycan Energetika Nazirliyinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar və fevral aylarında ölkədə 4,5 milyon ton neft və kondensat hasil edilib, ixrac isə 3,7 milyon ton təşkil edib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...