
OPEC bu il qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu gündəlik 150 min barel azaldıb və onun sutkada 1,3 milyon barel artaraq 105,05 milyon barelə çatacağını gözləyir.
FinFly xəbər verir ki, bu barədə təşkilatın aprel hesabatında bildirilib.
Məlumata görə, ötən ilin göstəricisinin qiymətləndirilməsi dəyişməz qalaraq gündəlik 103,75 milyon barel səviyyəsində olub. OPEC-in mart proqnozunda qlobal neft tələbatının gündəlik 1,45 milyon barel artacağı gözlənilirdi.
Hesabatda qeyd edilib ki, proqnoz birinci rübdə qlobal neft tələbatı üzrə məlumatların əldə edilməsindən, həmçinin ABŞ-nin elan etdiyi rüsumlardan sonra azalma istiqamətində yenidən nəzərdən keçirilib.
2026-cı ildə göstərici gündəlik 1,28 milyon barel artaraq, sutkada 106,33 milyon barelə çatacaq.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...