Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Orenburqdan Bakıya birbaşa reys açılacaq - FinFly

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 20-də Orenburq hava limanından Bakı-Orenburq-Bakı marşrutu üzrə reysləri yerinə yetirməyə başlayacaq.

FinFly xəbər verir ki, bu barədə Orenburq hava limanının mətbuat xidməti məlumat yayıb.

Azərbaycan paytaxtına birbaşa reyslər bazar günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.

Bakıdan yola düşmə saat 08:00-da, Orenburqa gəliş 11:30-da, Orenburqdan uçuş 12:30-da, Bakıya gəliş 14:00-da olacaq. Hər şəhər üçün yerli vaxt göstərilib. Uçuş müddəti təxminən 2,5 saat təşkil edəcək.