Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Orta Dəhliz Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır - Xvtisiaşvili - FinFly

Gürcüstan ilə Türkmənistan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta Dəhliz layihəsi çərçivəsində daha da güclənir.

FinFly xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Türkmənistanın Müstəqillik və Daimi Bitərəflik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavininin sözlərinə görə, hər iki ölkə regional daşımaların şaxələndirilməsi və Şərq-Qərb nəqliyyat xəttinin rəqabət qabiliyyətinin artırılması üçün sıx əməkdaşlıq edir. O qeyd edib ki, tranzit və liman infrastrukturu sahəsində davamlı tərəfdaşlıq Orta Dəhlizin inkişafında xüsusi əhəmiyyət daşıyır.

Xvtisiaşvili əlavə edib ki, layihə çərçivəsində həyata keçirilən birgə fəaliyyətlər yükdaşımaların sürətini və səmərəliliyini artırmaqla yanaşı, Gürcüstan və Türkmənistan üçün yeni iqtisadi imkanlar yaradır.