Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi açıqlanıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında Sian şəhərindəki Qazaxıstan-Çin terminalı vasitəsilə tranzit konteyner daşımalarının həcmi 10,524 min TEU təşkil edib ki, bu da 126,288 min tona bərabərdir.

FinFly “Qazaxıstan Temir Yolu” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Siandakı terminal ildə 133 min TEU ötürmə gücünə malikdir.

"Keçən il bu terminal vasitəsilə 276 min tondan çox (təxminən 23 min TEU) daşınıb. 2025-ci ilin ilk 4 ayında 10,524 min TEU (126,288 min ton) göndərilib və emal edilib. 2030-cu ilə qədər bu həcmin hər il 83 min TEU-ya çatdırılması planlaşdırılır", - deyə, məlumatda bildirilir.