
17 Mar, 2025 10:03
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR və ya Orta Dəhliz) üzrə daşımaların həcmində əhəmiyyətli artım müşahidə olunub.
FinFly xəbər verir ki, bu barədə Qazaxıstanın baş naziri Oljas Bektenovun məqaləsində deyilir.
"Nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə aparılan işlər sayəsində 2019-cu ildən TİTR üzrə tranzit daşımaların həcmi 6 dəfə (2024-cü ildə 4,5 milyon ton), Qazaxıstan məhsullarının ixracı isə 12 dəfə artıb", - məqalədə deyilir.
O, həmçinin qeyd edir ki, Qazaxıstanın paytaxtından TMTM-ə qədər yeni - Astana-Arkalık-Turqay-İrgiz avtomobil yolunun tikintisi marşruta əlavə təkan verəcək.
Məlumata görə, Orta Dəhliz üzrə dəniz nəqliyyatı ilə 6 il ərzində, yəni 2019-cu ildən bəri, 20 faiz artım müşahidə olunur.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...