Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Orta Dəhlizin inkişafı rəqəmsal islahatların həyata keçirilməsini tələb edir - nazir - FinFly

Orta Dəhlizin inkişafı rəqəmsal islahatların həyata keçirilməsini və investisiyaların əlaqələndirilməsini tələb edir.

FinFly xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Qlobal Nəqliyyat Əlaqəliliyi Forumunda çıxışı zamanı deyib.

Uraloğlu nəqliyyat əlaqəliliyinin regional əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, şərq-qərb və şimal-cənub dəhlizlərinin inteqrasiyasının vacibliyini qeyd edib.

“Türkiyə Orta Dəhliz vasitəsilə birbaşa 21 ölkə ilə əlaqə yaradır. Bütün marşrut üzrə rəqəmsal islahatların aparılması və investisiyaların əlaqələndirilməsi vacibdir”, – deyə nazir bildirib.