Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Ötən ay Azərbaycanda əmtəəlik xam neft hasilatı azalıb - FinFly

Ötən ay Azərbaycanda 2 milyon 308,2 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

FinFly-ın Dövlət Statistik Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% və ya 159,7 min ton azdır. Belə ki, ötən ilin ilk ayında Azərbaycanda 2 milyon 467,9 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.

Ötən ay istehsal edilmiş xam neftin 2 milyon 301 min tonu əmtəəlik xam neft olub ki, bu da, illik müqayisə 161,8 min ton və ya 6,6% azdır. 2024-cü ilin yanvarında Azərbaycanda 2 milyon 462,8 min ton əmtəəlik xam neft hasil edilib.