Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Ötən il Azərbaycan təbii qaz ixracından qazancını artırıb - FinFly

2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 25 milyard 187 milyon 270,45 min kubmetr həcmində təbii qaz ixrac edib.

FinFly Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 821 milyon 258,79 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2024-cü il ilə müqayisədə 2,3 faiz az, dəyəri isə 5 faiz çoxdur.

Hesabat ilində Azərbaycanın ümumi ixracında təbii qazın payı 35,22 faiz olub.