Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb (7.3 mlrd ABŞ dolları).
FinFly xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, quruma üzv ölkələr arasında ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır:
"Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb (7.3 mlrd ABŞ dolları). Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır".
Əsədov eyni zamanda bildirib ki, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir:
"Lakin mövcud potensialımız qeyd edilən göstəricilərdən qat-qat böyükdür. Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi, sənaye kooperasiyasının dərinləşdirilməsi, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, innovasiya və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi iqtisadi potensialımızın tam şəkildə reallaşmasına imkan yaradacaq".
Son xəbərlər
-
02 Apr, 2026
Avropada qazın qiymətləri bahalaşıb...
-
02 Apr, 2026
Dünya birjalarında neftin qiyməti bahalaşıb...
