
Özbəkistan Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID-kartla (şəxsiyyət vəsiqəsi) girişə icazə verməyi planlaşdırır.
FinFly xəbər verir ki, bu, Prezident Şavkat Mirziyoyevin "2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında" fərmanında öz əksini tapıb.
Sənədə əsasən, təşəbbüs səyahətlərin sadələşdirilməsinə, turizmin, işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib.
Özbəkistan Xarici İşlər Nazirliyinə (XİN) ölkənin regionlarına turist axınını artırmaq üçün üç ay ərzində bu üç ölkənin müvafiq qurumları ilə danışıqlara başlamaq və nəticələrə əsasən öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...