17 Fvr, 2026 09:36
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sülh Şurasının inauqurasiya iclasında iştirak üçün fevralın 17-19-da Vaşinqtona işgüzar səfər edəcək.
FinFly xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə təşkil edilib.
Proqram çərçivəsində Mirziyoyevin strateji layihələrin təqdimatında və ABŞ-nin aparıcı şirkətlərinin və maliyyə institutlarının rəhbərlərinin iştirakı ilə iqtisadi sahədə ikitərəfli sənədlərin imzalanması mərasimində iştirakı nəzərdə tutulub.
Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvarında İsveçrənin Davos şəhərində təsisçi dövlət qismində Şuraya qoşulub.
Son xəbərlər
-
17 Fvr, 2026
Avropada təbii qazın qiyməti düşüb...
-
17 Fvr, 2026
Niyə fevral ayı Azərbaycanda isti keçir?...
-
17 Fvr, 2026
Bu günə olan valyuta məzənnələri...
-
17 Fvr, 2026
ABŞ İrana hərbi təzyiqi artırır...
