Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Özbəkistan və Azərbaycan arasında yeni aviamarşrut açılıb - FinFly

Centrum Air aviaşirkətinin bu gündən həyata keçirdiyi Bakı–Daşkənd marşrutu üzrə reysi Özbəkistan və Azərbaycan xalqları arasında yeni körpü olacaq.

FinFly xəbər verir ki, bunu Centrum Air aviaşirkətinin təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı-Daşkənd birbaşa reysinin iki ölkə arasında əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib:

"Özbəkistan və Azərbaycan arasında yalnız iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı-Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq”.

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsinə daxildir. "Centrum Air"-in bu xəttə qoşulması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.