Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Pakistan Azərbaycanla 2 milyard dollarlıq investisiya sazişi imzalamağa hazırlaşır - FinFly

Pakistanın Baş naziri Şahbaz Şərif Ticarət Nazirliyinə Azərbaycanla ticarət dövriyyəsinin 2 milyard dollara çatdırılması üçün hərtərəfli plan hazırlamağı tapşırıb.

FinFly Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu qərar Şərifin Azərbaycana son səfərinin nəticələrinə həsr olunmuş martın 4-də keçirilən hökumət iclasında qəbul edilib.

"Baş nazir Bakıda imzalanmış anlaşma memorandumları və sazişlərin dərhal həyata keçiriləcəyini bildirib. Azərbaycan Prezidentinin Pakistana 2 milyard dollar sərmayə qoymaq niyyəti ilə bağlı bəyanatı fonunda Baş nazir Şahbaz Şərif müavini və xarici işlər naziri İshaq Darın rəhbərliyi altında komitə yaradıb. Komitə enerji və infrastruktur sahələrində sazişlərin hazırlanması ilə məşğul olacaq", - KİV-lər qeyd edib.

KİV-lərin məlumatına görə, Şərif həmçinin ölkənin ticarət nazirliyinə Azərbaycanla ticarət həcminin 2 milyard dollara çatdırılması üçün kompleks plan təqdim etməyi tapşırıb.

Bundan əlavə, Baş nazir gələn ay Azərbaycan Prezidentinin Pakistana gözlənilən səfərinə hazırlıq işlərinin prioritet qaydada başa çatdırılmasını tapşırıb.

Şərif, həmçinin Azərbaycanda və Pakistanla əhəmiyyətli ticarət potensialı olan digər ölkələrdə ticarət nümayəndələrinin təyin edilməsi barədə göstəriş verib.