
Pakistan və Azərbaycan regional əməkdaşlığın, ticarətin və investisiyaların inkişafına diqqət yetirməklə ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiqdirlər.
FinFly Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İslamabada səfəri çərçivəsində Pakistanın federal rabitə naziri Əbdül Alim Xan ilə görüşündən sonra bildirilib.
Əbdül Aleem Xan Pakistanın Azərbaycanla çoxillik dostluğunun mühüm strateji üstünlük olduğunu vurğulayıb. O, Pakistanın Hindistanla münaqişəsi zamanı Bakının davamlı dəstəyini xatırladıb və Azərbaycanın çətin anlarda etibarlı tərəfdaş olaraq qaldığını qeyd edib.
Nazir biznes əlaqələrinin möhkəmləndirilməsinin və regional ticarət dəhlizlərinin inkişafının uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradacağına əminliyini ifadə edib. "Pakistan 250 milyondan çox əhalisi olan böyük bazar təklif edir və ikitərəfli iqtisadi əməkdaşlıq üçün geniş imkanlar var", - o vurğulayıb.
"Pakistan xalqının Azərbaycana böyük məhəbbəti var. Milli tədbirlər zamanı Pakistan vətəndaşları tez-tez Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırırlar - bu, möhkəm milli dostluğun əlamətidir", - o əlavə edib.
Son xəbərlər
-
28 Iyl, 2025
Sabah Bakıda 37, rayonlarda 40 dərəcə isti olacaq...