Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
PAŞA Bankdan faktorinq xidmətində 50% endirim - FinFly

Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə PASHA Bank yeni təşəbbüslərini davam etdirir.

Bank müştərilərinə daha sərfəli maliyyə imkanları təqdim etmək məqsədilə Faktorinq krediti üzrə yeni kampaniyaya start verib. 12 may 2025-ci il tarixinədək davam edən kampaniya çərçivəsində, biznes sahibləri ödənilməyən qaimələri 50 faiz endirimli komissiya ilə maliyyələşdirə biləcəklər. Bu müddət ərzində komissiya 0,5 faiz deyil, cəmi 0,25 faiz təşkil edəcək.

Qeyd edək ki, PASHA Bank 2014-cü ildən etibarən ölkədə faktorinq xidmətləri göstərir. Xidmətdən yalnız PASHA Bankın müştəriləri deyil, ölkədə fəaliyyət göstərən digər hüquqi şəxslər və fərdi sahibkarlar da istifadə edə bilər. Faktorinq məhsulunun bütün üstünlükləri haqqında ətraflı məlumat almaq və onlayn müraciət forması üçün bu linkə keçid alın.

Bank son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər PASHA Bankın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.