
Azəbaycanın bank sektorunun liderlərindən biri olan PASHA Bank 2025-ci ilin 1-ci rübünün nəticələrini açıqlayıb.
FinFly bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk rübündə bankın gəlirləri və mənfəəti azalıb, aktivləri isə düşüb.
Birinci rübdə PASHA Bankın faiz gəlirləri 122 milyon 289 min manat, faiz xərcləri 39 milyon 248 min manat olub.
1-ci rübdə PASHA Bank qiymətli kağızlardan 26,4 milyon manat faiz gəliri əldə edib. Ötən illə müqayisədə bu göstərici 8 milyon manat və ya 24 faiz aşağıdır.
2025-ci ilin əvvəlində PASHA Bankın qeyri-faiz gəlirləri 91,5 milyon manat, qeyri-faiz xərcləri 112,5 milyon manat olub.
İlk dəfə olaraq PASHA Bankda əmək haqqı xərclərinin aşağı düşməsi qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk rübündə bank bu məqsədlər üçün 27,4 milyonq manat sərf edib. 2024-cü ilin 1-ci rübündə isə bu məbləğ 30,3 milyon manat idi. Bankda əmək haqqı xərcləri 3 milyon manat və ya təqdirən 10 faiz azalma qeydə alınıb.
Rübün yekununda bankın əməliyyat mənfəəti daha 3 milyon manat azalaraq 61 milyon manata enib.
2025-ci ildə PASHA Bankın aktivləri də kəskin şəkildə azalaraq, ilin əvvəlindəki 8,7 milyard manatdan - 8,2 milyard manata enib.
Kredit portfelində isə ciddi şəkildə artım var. 250 milyon artımdan sonra kredit portfeli 3,2 milyard manatı keçib.
2025-ci ilin 1-ci rübündə PASHA Bankın aktivlərindəki 500 milyon manatlıq azalma bankın depozit portfelindəki azalmanın nəticəsi olub.
Bunnan başqa, bank özünün kapital mövqeyini gücləndirib, cəmi kapital təqribən 70 milyon manat artaraq 957 milyon manata çatıb.