
PASHA Bank 2026-ci ilin əvvəlində Bakı Ağ Şəhərdə yeni inzibati binasını köçəcək.
FinFly xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında PASHA Bank ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev deyib.
Onun sözlərinə görə, son illər PASHA Bank baş ofisə aid olan funkisiyaları 4 məkandan həyata keçirib.
"Buna görə qərar verdik ki, 2026-cı ilin əvvəlində yeni inzibati binaya köçək. Yeni inzibati bina Bakı Ağ Şəhərdə yerləşəcəkdir. Yeni bina həm əməkdaşlarımızın iş şəraitini, həmçinin müştərilərə göstərilən xidmətlərin səviyyəsini daha da artıracaqdır", - Cavid Quliyev bildirib.
Bankın sədir qeyd edib ki, yeni inzibati bina icarəyə götürüləcəkdir. Bunun üçün gələcək dövrün xərcləri olaraq artıq 30 milyon manat tanınıb.
PASHA Bank-ın köçəcəyi "Landmark 2020" adlı bina Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsində yerləşəcəkdir.
Son xəbərlər
-
12 Iyn, 2025
TKTA 52 nəfərin diplomunu tanımayıb...
-
12 Iyn, 2025
Sabah 37 dərəcə isti olacaq...