
10 Iyn, 2025 16:48
PASHA Bank "Şuşa" filialının 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
FinFly xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında PASHA Bank ASC-nin İdarə Heyətinin sədriCavid Quliyev deyib.
Onun sözlərinə görə, 2025-ci ildə "Şuşa" filialı və Ağdam şəhərində nümayəndəliyi açılacağı gözlənilir.
"Şuşa şəhərində filial və Ağdam şəhərində nümayəndəliyin açılması, regionlarda maliyyə dayanıqlılığını gücləndirmək və yerli iqtisadi aktivliyi dəstəkləmək məqsədi daşıyır", - deyə Quliyev qeyd edib.
Hazırda PASHA Bank 3 filial və 6 şöbə ilə Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərir.