
Müştəri təcrübəsini daha da təkmilləşdirmək və maliyyə xidmətlərinə əlçatanlığı artırmaq məqsədilə PASHA Bank yeni təşəbbüslərini davam etdirir.
Sektorda ilk dəfə Bank kiçik və orta biznes sahiblərinə (KOS), eləcə də korporativ müştərilərinə daha çevik və funksional ödəniş həlləri təqdim etmək məqsədilə kassa funksiyalı mPOS cihazını istifadəyə verib. Yeni cihaz satış əməliyyatlarını avtomatik olaraq kassa sisteminə ötürərək, əməliyyatların sürətli və düzgün aparılmasını təmin edir. Sahibkarlar ödəniş və kassa əməliyyatlarını artıq bir cihaz üzərindən icra edə, qəbzləri rahatlıqla çap edə biləcəklər. Müştərilər depozit, dövriyyə tələbi və cərimə məbləği olmadan cihazı PASHA Bank Biznes platformasından əldə edə bilərlər (https://pshb.az/4lGyAxg).
PASHA Bank son illər ərzində rəqəmsal bankçılıq və biznes yönümlü xidmətlər sahəsində mühüm uğurlara imza atıb. Bu nailiyyətlər PASHA Bank-ın KOS-lara xüsusi diqqət yetirən müştəriyönümlü yanaşmasının, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyasının və bizneslər üçün optimallaşdırılmış innovativ həllərinin bariz nümunəsidir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması isə bu yanaşmanın strateji əsasda davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu bir daha təsdiqləyir. Rəqəmsal imkanlar vasitəsilə sahibkarlara təqdim edilən çevik və etibarlı maliyyə həlləri ölkənin iqtisadi inkişafına, qeyri-neft sektorunun güclənməsinə və rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir.