Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
PASHA Holding Bakıda növbəti INMerge İnnovasiya Sammiti keçirəcək - FinFly

Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap və investoru bir araya toplayan INMerge İnnovasiya Sammiti 2025-ci ildə özünə daha böyük hədəflər qoyaraq hazırlıqlara start verib. Bu il beşinci dəfə təşkil olunacaq INMerge sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.

PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi regionda innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.

Xatırladaq ki, 2024-cü ildə “INMerge” İnnovasiya Sammitində YouTube-un həmtəsisçisi Stiv Çen, Amazon-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, Starbucks şirkətinin həmtəsisçisi Zev Siegl, Waze şirkətinin təsisçisi Uri Levine, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev kimi spikerlar qoşulublar.

Qeyd edək ki, 2025-ci il sammitində çıxış edəcək təsdiqlənmiş spikerlər tezliklə elan olunacaq. Hazırda sammit bilet satışlarını www.inmerge.az ünvanında elan edib. Ətraflı məlumat əldə etmək üçün sammitin rəsmi veb-saytına və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.