Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
PASHA Holding Daşkənddə INMerge innovasiya sammiti təşkil edib - FinFly

Beynəlxalq innovasiya platformasına çevrilməyi hədəfləyən "INMerge" İnnovasiya Sammiti çərçivəsində iyulun 16-da Özbəkistanın paytaxtı Daşkənddə "INUzbekistan" tədbiri baş tutub.

Özbəkistan İnformasiya Texnologiyaları Parkı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbir Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərqdə innovasiya əsaslı və miqyaslana bilən inkişaf üçün sərhədlərarası tərəfdaşlıqların əhəmiyyətini ön plana çıxarıb.

Tədbirin rəsmi açılış mərasimində Özbəkistan İnformasiya Texnologiyaları Parkının İcraçı direktoru Abdüləhəd Küçkarov, Parkın Startap bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Temurbek Sadinov, "PAŞA Holding"-in İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva iştirak ediblər. Tədbirin bağlanış nitqini isə Olimjon Umarov, Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin birinci müavini təqdim edib.

"INUzbekistan" tədbirinin əlamətdar məqamlarından biri də "PashaPay" və Özbəkistan Fintex Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olub. Bu sənəd Özbəkistanda və ondan kənarda fintex sahəsinin inkişafı və sahibkarlıq ekosistemlərinin gücləndirilməsinə yönəlmiş birgə öhdəliyi əks etdirir.

Tədbirin gündəliyinə "Görünməz divar: innovasiyada qərəzləri aşmaq" adlı əsas çıxış, interaktiv söhbət (fireside chat) və iki panel müzakirəsi daxil edilib.

"Sərhədləri aşan fintexlərin qurulması: innovasiyaların bazarlar üzrə miqyaslanması" mövzusunda keçirilən birinci paneldə regional fintex şirkətlərinin beynəlxalq miqyasda necə genişlənə biləcəyi və inkişaf tempini necə sürətləndirə biləcəyi müzakirə edilib.

İkinci panel çərçivəsində “Kapital innovasiya ilə görüşür: erkən mərhələli startaplar üçün ağıllı investisiyaların açıqlanması” mövzusu müzakirə olunub, investorlar və ekosistem liderlərini bir araya gətirməklə Özbəkistan və Mərkəzi Asiyada növbəti nəsil startapları dəstəkləmək üçün kapitalın necə cəlb edilə biləcəyi və səmərəli şəkildə yerləşdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda startapların müsabiqəsi keçirilib. Erkən mərhələdə olan layihələr investorlar və ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edilib. Qalib komanda beynəlxalq investorların diqqətini cəlb etmək imkanı qazanacaq və "INBattle" əsas mərhələsində $30,000-lıq mükafat uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, "PAŞA Holding" tərəfindən təşkil olunan "INMerge" İnnovasiya Sammiti bu il 29–30 sentyabr tarixlərində Bakıda keçiriləcək və 30-dan çox ölkədən 1,000-dən artıq təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək. İki gün davam edəcək sammitdə iştirakçılara yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Bu tədbirlər Xəzər və Mərkəzi Asiya regionlarında innovasiyaların inkişafını təşviq etmək, investisiyaları artırmaq və regional əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.