
Sağlamlıq sığortalı müştərilərinə xidmətdə tez-tez yeniliklərə imza atan PASHA Sığorta bu dəfə "iCheck" mobil tətbiqi ilə əməkdaşlığa başladı.
Bununla artıq PASHA Sığortanın sağlamlıq sığortalı müştəriləri klinikaya getmədən onlayn həkim konsultasiyasından yararlanacaq, hətta onlayn şəkildə resept əldə edərək dərman təminatından yararlanacaq.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PASHA Holding qrupunun üzvü olan PASHA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. S&P Global Ratings beynəlxalq reytinq agentliyi PASHA Sığorta ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Müsbət" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Son xəbərlər
-
26 Iyl, 2025
InvestAZ-dan ödənişsiz investisiya seminari...
-
26 Iyl, 2025
Azərbaycan nefti ucuzlaşıb...
-
26 Iyl, 2025
Xəzərin sahilində IT-hab yaradılır...