Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etdi - FinFly

Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

FinFly xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Mövcud konstitusiyanın qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumlar ictimaiyyətin gözündə ciddi legitimlik çatışmazlığından əziyyət çəkib", - Paşinyan bildirib.

O, 2020-ci ilin fevralından Ermənistanda yeni konstitusiyaya ehtiyac olduğunu bəyan etdiyini xatırladıb.

Xatırladaq ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var ki, bu da iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir.