Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Pekin Azərbaycanın ŞƏT-də statusunun yüksəldilməsini dəstəkləyir - FinFly

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm dialoq tərəfdaşıdır.

FinFly-nin məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında deyib.

"Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir və Azərbaycanın təşkilatın beynəlxalq təsirini genişləndirmək məqsədi ilə ŞƏT çərçivəsində əməkdaşlıq təşəbbüslərini alqışlayır", - deyə, diplomat bildirib.

Mey həmçinin vurğulayıb ki, Çin ticarət və investisiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və yaşıl inkişaf da daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səviyyəsini artırmaq üçün Azərbaycanla qarşılıqlı fəaliyyət üçün ŞƏT platformasından istifadə etməyə hazırdır.