
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər çətin dövr yaşayır.
FinFly Dmitri Peskov sözlərinə istinadən xəbər verir ki, Rusiya bu "çətin dövrün" başa çatacağına ümid edir, çünki iki dövlət arasında münasibətlərin "möhkəm təməli" var.
"İki ölkənin maraqlarının üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var, lakin bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər olur. İndi də belə dövrlərdən biridir. Ümid edirik ki, bu müddət keçəcək", - deyə Kreml nümayəndəsi bildirib.
Rusiya prezidentinin mətbuat katibi əlavə edib ki, "Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir". Peskov onu da bildirib ki, Rusiyada yalnız Azərbaycan diasporunun "qanunları pozan" nümayəndələri təqib olunur.
Son xəbərlər
-
22 Iyl, 2025
Dollar avro və yen qarşısında bahalaşıb...