Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Platts Yaxın Şərq neftinin qiymətləndirilməsini yenidən nəzərdən keçirir - FinFly

S&P Global Platts ABŞ və İsrailin İrana endirdiyi zərbələr fonunda təhlükəsizliklə bağlı artan narahatlıqlar səbəbilə Fars körfəzi limanlarından Yaxın Şərq neftinin tədarük imkanlarını yenidən nəzərdən keçirir.

FinFly xəbər verir ki, bu barədə Platts məlumat yayıb.

Məlumatda bildirilir: “Bu yoxlama bazar iştirakçılarının Platts-ı məlumatlandırmasından sonra başlanıb. Belə ki, iri gəmiçilik şirkətləri 28 fevral 2026-cı ildə İsrail və ABŞ-ın İrana aviazərbələr endirməsindən sonra təhlükəsizlik risklərinin artması səbəbindən Hörmüz boğazı vasitəsilə tranziti dayandırıblar”.

Həmçinin qeyd olunur ki, şirkət Sinqapur vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə 10:00) yayımlanacaq informasiya bülletenində Yaxın Şərq nefti üzrə Platts Market on Close qiymətləndirmə prosesi çərçivəsində qismən təkliflərin və ticarət nəticələrinə dair gözləntilərin necə dəyərləndiriləcəyinə aydınlıq gətirəcək.