Bank Olmayan Kredit Təşkilatı “Azpul” MMC müasir texnologiyalar əsasında yeni brendini – pulvar.az platformasını təqdim edir. Bu platformanın məqsədi vətəndaşlara maliyyə xidmətlərini daha sürətli, rahat və əlçatan formada təqdim etməkdir.
Pulvar.az sadə interfeysi və rəqəmsal imkanları ilə istifadəçilərə 45 günədək krediti əldə etməyi daha da asanlaşdırır. Sayta daxil olaraq bir neçə dəqiqəyə elektron ərizəni dolduraraq və müsbət cavab aldıqda kredit məbləğı müştərinin kartına köçürülür.
Kreditin maksimal məbləğı 500 manatadək, müddəti isə 45 gün müddətinə təqdim edilə bilər. Təsdiqləmə proseduru cəmi 1–2 dəqiqə ərzində həyata keçirilir. Müqavilənin SİMA İmza tətbiqi vasitəsilə imzalanması mümkündür.
Azərbaycanın sürətlə böyüyən maliyyə texnologiyaları sektorunda Pulvar.az yeni nəsil məhsul kimi seçiləcəyi proqnozlaşdırılır. “Azpul” MMC artıq illərdir maliyyə bazarında etibarlı tərəfdaş kimi ad qazanıb və bu gün şirkət ölkənin qabaqcıl maliyyə təşkilatlarından biridir. Yeni brendi isə bu inkişafın məntiqi davamı olaraq formalaşır və pulvar.az vasitəsilə daha geniş auditoriyaya çixiş əldə olunacaq.
Qeyd edək, BOKT "AZPUL" MMC AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKI TƏRƏFİNDƏN VERİLMİŞ 18 SENTYABR 2020-Cİ İL TARİXLİ BKT-34 LİSENZİYASI ƏSASINDA FƏALİYYƏT GÖSTƏRİR.
Ətraflı: www.pulvar.az
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
