
Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.
Bu barədə FinFly Rusiya KİV-inə istinadən xəbər verir.
Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maqadandan uçuş planlı olub və Rusiya Prezidentini daşıyan təyyarə Alyaskadazyerli vaxtla düz 11:00-da eniş edəcək, Putini Donald Tramp qarşılayacaq.
Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək.
Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla genişspektrli məsələlər toplusudur.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...