Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Putin Ukrayna ilə atəşkəs üçün Trampa bir sıra şərtlər irəli sürüb - FinFly

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təklif etdiyi 30 günlük atəşkəs üçün şərt kimi Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edib.

FinFly xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, liderlər martın 18-də telefon danışığı zamanı bu məsələni müzakirə edəcəklər.

Avropanın yüksək rütbəli rəsmisi və Moskvadakı üç mənbə bildirib ki, Rusiya lideri ötən həftə Trampın nümayəndəsi ilə görüşdə silah satışını dayandırmağın atəşkəs üçün ilkin şərt olduğunu deyib.

“Bloomberg” qeyd edib ki, Avropalı müttəfiqlər Rusiyanın Ukraynaya silah tədarükünün dayandırılması tələbindən narahatdırlar və hesab edirlər ki, belə bir nəticə Rusiyaya atəşkəs zamanı yenidən silahlanmağa imkan verəcək, Ukrayna isə zəruri hərbi dəstəkdən məhrum olacaq.

"Vladimir Putinin bəhs etdiyi silah tədarükünün dayandırılması müvəqqəti olacaq. Tədarüklər Ukraynanın öz hərbi potensialının məhdudlaşdırılmasına razılaşmalı olduğu sülh sazişindən sonra bərpa olunacaq", - Moskvadakı mənbə vurğulayıb.