Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Putin Ukraynadakı xarici qoşunları da qanuni hədəf kimi qəbul edəcək - FinFly

Rusiya prezidenti Vladimir Putin davam edən hərbi əməliyyatlar kontekstində xarici kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin Rusiya silahlı qüvvələri üçün qanuni hədəf sayılacağını bildirib.

FinFly xəbər verir ki, o, bunu 10-cu Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

"Əgər orada (Ukraynada - red.) hər hansı bir qoşun meydana çıxarsa, xüsusən indi, hərbi əməliyyatlar zamanı, biz onları (xarici qüvvələri - red.) məhv etmək üçün qanuni hədəf kimi hesab edəcəyik", - Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, uzunmüddətli sülh qəbul olunarsa, xarici qoşunların Ukrayna ərazisində olması zərurəti aradan qalxacaq:

"Bu (sülh - red.) razılaşmalar əldə olunarsa, Rusiyanın onları tam şəkildə yerinə yetirəcəyinə heç kim şübhə etməsin. Biz həm Rusiya, həm də Ukrayna üçün hazırlanmalı olan təhlükəsizlik zəmanətlərinə hörmətlə yanaşacağıq".

Putin həmçinin bu mövzuda hələlik ciddi danışıqların aparılmadığını vurğulayaraq, Avropadakı "istəklilər koalisiyası"nın dünənki məsləhətləşmələrindən sonra ABŞ prezidenti Donald Trampla hələ danışmadığını qeyd edib.