
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
FinFly Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin və Netanyahu Böyük Qələbənin 80-ci ildönümü münasibətilə bir-birini səmimi təbrik ediblər.
Rusiya prezidenti İsraildə yaşayan veteranlara cansağlığı və rifah arzularını çatdırıb.
İki ölkənin İkinci Dünya müharibəsi hadisələri ilə bağlı həqiqəti müdafiə etmək və onun nəticələrinə yenidən baxmaq və tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı çıxmaq əzmi qeyd edilib. Nasizmin darmadağın edilməsində Qırmızı Ordunun və bütün sovet xalqının həlledici töhfəsi vurğulanıb. Müharibə qəhrəmanlarının, Qələbə uğrunda canlarından keçənlərin xatirəsi həm Rusiyada, həm də 9 Mayın milli bayram olduğu İsraildə müqəddəs şəkildə ehtiramla anıldığı qeyd olunub.
Söhbət zamanı Yaxın Şərq regionundakı vəziyyətin müxtəlif aspektləri və ikitərəfli münasibətlərin aktual məsələləri də müzakirə olunub.
Son xəbərlər
-
07 May, 2025
Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb...
-
07 May, 2025
Pakistan Hindistanın 2 döyüş təyyarəsini vurub...
-
07 May, 2025
Pakistan Hindistana cavab zərbələri endirib...
-
07 May, 2025
"İnter" Çempionlar Liqasının finalına yüksəldi...
-
06 May, 2025
Fintech Farm запустил необанк в Индии...