Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib - FinFly

Qətər Dövləti Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.

Bu barədə FinFly Qətər Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Bəyanatda qeyd olunub ki, Qətər Dövləti qardaş Türkiyə Respublikasına ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan Respublikasında hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir.

"Bu düşmənçilik hərəkətləri İranın silsilə məsuliyyətsiz hücumları çərçivəsində təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin kobud şəkildə pozulması, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə birbaşa təhdiddir", - sənəddə bildirilib.