20 May, 2025 16:39
Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin 5,2 faizi qadınlardır.
FinFly xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların 28,6 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz iqtisadi rayonlarında qeydiyyatdan keçib.
"Qarabağ iqtisadi rayonunda qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin isə 5,2 faizi qadınlara məxsusdur. Bu qürurverici göstəricidir və əminik ki, onların sayı getdikcə artacaq", - deyə, o bildirib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
