Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlərin məbləği açıqlanıb - FinFly

Bu ilin fevralın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan 503 min manat vəsait cəlb olunub.

Bu barədə FinFly Mərkəzi Banka istinadən xəbər verir.

Bu göstərici üzrə orta faiz dərəcəsi isə 2,7 faizə bərabər olub.

Məlumata əsasən, cəlb olunmuş əmanətlər bir ay əvvəlki göstərici ilə müqayisədə 70 min manat və ya 16,2 faiz artıb.

Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 487 min manatı milli valyutada, 16 min manatı isə sərbəst dönərli valyutada (SDV) olub.

Hesabat dövründə Qarabağ iqtisadi rayonundan isə 91,8 milyon manat əmanət cəlb olunub ki, bu da bir ay əvvələ nisbətən 3,6 milyon manat və ya 4,1 faiz çoxdur.

Eyni zamanda, bu göstərici üzrə orta faiz dərəcəsi 4,87 faiz təşkil edib.

Sözügedən regiondan cəlb olunmuş əmanətlərin 86,9 milyon manatı milli valyutada, 4,9 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) olub.

Qeyd edək ki, cari ilin fevralın 1-nə Azərbaycanda ümumi regionlar üzrə cəlb olunmuş əmanətlər 14,7 milyard manat təşkil edib.