Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qarabağda orta sahibkarlıq subyektlərinin sayı artıb - FinFly

2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 29 yeni orta sahibkarlıq subyekti yaradılıb ki, bu da 2023-cü illə müqayisədə 7,3 dəfə çoxdur.

FinFly bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin sonuna ölkə üzrə fəaliyyət göstərən 212 705 kommersiya təşkilatlarının 2 faizi və yaxud 4 150 orta sahibkarlıq subyeki olub.

Bu, əvvəlki ilin sonuna nisbətən 563 vahid və yaxud 15,7 faiz çoxdur.

Hesabat tarixinə orta sahibkarlıq subyektlərinin 68,7 faizi və yaxud 2 850 Bakıda fəaliyyət göstərib. Bu, illik müqayisədə 20,3 faiz çoxdur. Bundan başqa, Qarabağ iqtisadi rayonunda 87 (22,5 faiz çox), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 23 (2,3 dəfə çox) orta sahibkarlıq subyekti olub.