
2025-ci ilin iyulun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 381 mikro, kiçik, orta və iri sahibkarlıq subyekti, eləcə də 96 230 fərdi sahibkar fəaliyyət göstərib.
FinFly Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə mikro sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonu üzrə 4 004, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə 941 nəfər olub. Bu da ölkə üzrə ümumi sahibkarlıq subyektlərinin müvafiq olaraq 2,2 faizi və 0,5 faizi deməkdir.
Kiçik sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 234 (ümumi saya görə, 1,9 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda 60 (ümumi saya görə, 0,5 faiz) təşkil edib. Orta sahibkarlıq subyektlərinin sayı Qarabağ iqtisadi rayonunda 103 (ümumi saya görə, 2,4 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 21 (ümumi saya görə, 0,5 faiz) olub. Eyni zamanda hesabat dövründə Qarabağ iqtisadi rayonunda 13 (ümumi saya görə, 1,3 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda 5 (ümumi saya görə, 0,5 faiz) iri sahibkarlıq subyekti qeydə alınıb.
1 oktyabr tarixinə Qarabağ iqtisadi rayonunda 89 446 (ümumi saya görə, 6,3 faiz), Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 784 (ümumi saya görə, 0,5 faiz) fərdi sahibkar fəaliyyət göstərib.
Son xəbərlər
-
15 Iyl, 2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq...