
27 Fvr, 2025 10:34
Qazaxıstan 2025-ci ildə Aktau-Bakı-Ceyhan marşrutu ilə neft tranzitinin həcmini 1,7 milyon tona çatdırmağı planlaşdırır.
FinFly xəbər verir ki, bunu Qazaxıstanın Energetika Nazirliyinin geniş iclasında çıxış edən “KazMunayQaz”ın İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazi İskaziyev deyib.
Onun sözlərinə görə, Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan istiqamətində tranzit həcmi SOCAR ilə mövcud müqaviləyə əsasən 1,4 milyon tona və ya 27 faiz artırılıb, 2025-ci ildə isə bu rəqəmin 1,7 milyon tona çatdırılması planlaşdırılır.
2024-cü ildə Qazaxıstandan neft nəqlinin həcmi 83,5 milyon ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...