Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Qazaxıstan BTC ilə neft tədarükünün artacağını proqnozlaşdırır- nazir - FinFly

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünün illik 2.2 milyon tona qədər artacağını proqnozlaşdırır.

FinFly xəbər verir ki, bunu Qazaxıstanın Xarici İşlər Naziri Murat Nurtleu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Astanada keçirdiyi birgə mətbuat konfransında söyləyib.

"Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına tədarükü ilə bağlı razılaşmalar üzrə götürdüyümüz öhdəlikləri uğurlu şəkildə həyata keçiririk.. Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,4 milyon ton neft ixrac olunub. Gələcəkdə biz Qazaxıstan neftinin tranzit həcmini illik 2.2 milyon tona qədər artırmağı planlaşdırırıq", -deyə, nazir bildirib.

Tərəflər kənd təsərrüfatı, sənaye kooperasiyası, kosmik sahə və telekommunikasiya sahəsində qarşılıqlı əlaqələri aktivləşdirməklə bağlı razılığa gəliblər. Dialoqun möhkəmlənməsinə 2024-cü ildə təsis olunmuş Qazaxıstan-Azərbaycan investisiya fondu təsir göstərib.