
Rəsmi Astana Pekinə Qazaxıstandan Çinə göndərilən mallara gömrük rüsumlarını azaltmağını təklif edib.
FinFly xəbər verir ki, bu barədə Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyevin Çinin ticarət naziri Van Ventao ilə görüşünün nəticələrinə dair nazirliyin yaydığı məlumatda qeyd olunub.
"Qazaxıstan tərəfi Çin Xalq Respublikasında Qazaxıstan mallarına idxal rüsumlarının azaldılması məsələsinə baxmağı təklif edib, həmçinin Qazaxıstan Respublikası ərazisində Çin kapitalının iştirakı ilə xammalın dərin emalı üzrə layihələrin yaradılmasının məqsədəuyğunluğunu vurğulayıb", - məlumatda deyilir.
Tərəflər həmçinin ölkələr arasında ticarət dövriyyəsinin artdığını qeyd ediblər. Belə ki, cari ilin I yarısında bu rəqəm 21,8 milyard dollar təşkil edib ki, bu da 2030-cu ilə qədər qarşılıqlı ticarət dövriyyəsini iki dəfə artırmaq vəzifəsinin reallığını təsdiqləyir.
Bundan əlavə, Qazaxıstan öz mallarının Çin onlayn platformalarında mövcudluğunu genişləndirməyi təklif edir.
Son xəbərlər
-
03 Snt, 2025
Çin gizli şəkildə Rusiyanı silahlandırır...
-
03 Snt, 2025
Bəzi rayonlara leysan yağacaq...
-
03 Snt, 2025
Azərbaycan Bəhreyndə səfirlik təsis edir...
-
03 Snt, 2025
Rusiyada pilotsuz tramvay istifadəyə verilib...
-
03 Snt, 2025
Qızılın qiyməti tarixi rekordunu yenilədi...
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...