Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
Qazaxıstan Çinlə birgə Kurık limanında nəqliyyat mərkəzi yaratmaq istəyir - FinFly

Qazaxıstan Xəzər dənizi sahilindəki Kurık limanında Çinlə birgə yük terminalı yaratmağı təklif edib.

FinFly xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən "Mərkəzi Asiya-Çin" sammitində bildirib.

Onun sözlərinə görə, Mərkəzi Asiya Asiya və Avropanın ən iri bölgələrini birləşdirən mühüm logistika mərkəzinə çevrilir.

Tokayev xatırladıb ki, 2024-cü ildə Çindən Mərkəzi Asiya ölkələri vasitəsilə yük daşımalarının ümumi həcmi 12 % artaraq 211 min konteyneri ötüb.

"Transkontinental əlaqələrin gücləndirilməsinə və Mərkəzi Asiya regionunun rəqabət üstünlüklərinin üzə çıxarılmasına xüsusi əhəmiyyət veririk. "Bir kəmər, bir yol" meqalayihəsinin ilk həlqəsini təmsil edən Qazaxıstan onun "Qərbi Çin – Qərbi Avropa", Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və "Şimal – Cənub" kimi əsas nəqliyyat dəhlizləri ilə birləşdirilməsinin tərəfdarıdır. Transxəzər marşrutunun cəlbediciliyini artırmaq üçün Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi, nəqliyyat gəmilərinin istehsalının təşkili üzrə sistemli tədbirlər görürük. Xəzərdəki Kurık limanında Çinlə birgə yük terminalının yaradılması məsələsini nəzərdən keçirməyi təklif edirik", - o bildirib.

Prezident qeyd edib ki, Qazaxıstan həmçinin Avropa İttifaqına malların tranziti üçün Aktobedə yük aviahabı yaratmağa hazırdır.